Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yığmamız Makedoniyaya uduzdu

Bu gün 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti matçını keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb. 

Bu, komandalar arasında ikinci qarşılaşma olub. Üç gün öncə qollu bərabərliklə (1:1) ayrılan rəqiblərin bu dərəki duelinin taleyini bir top həll edib.

Anton Krivotsyukun avtoqolu balkanlılara qələbə qazandırıb. Millimiz məğlubiyyətdən qaçmaq imkanı qazansa da, Fərid Nəbiyev penaltidən yararlana bilməyib.

Bu, yığmamızın Bakıda keçirdiyi son üç matçda 2-ci məğlubiyyətidi. Komandamız Makedoniya ilə matçlardan öncə Gürcüstana da uduzmuşdu - 1:2.

Yoldaşlıq oyunu

27 may

Azərbaycan (U-20) - Makedoniya (U-20) - 0:1

Qol: Anton Krivotsyuk, 25-öz qapısına

Fərid Nəbiyev 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.

Baş hakim: Orxan Məmmədov

<video data-setup="{" plugins":="" {"vastclient":="" {"adtagurl":="" "https:="" ad.adriver.ru="" cgi-bin="" rle.cgi?sid="216188&bt=61&pz=0&target=top&tuid=1&rnd=505404550&quot;,&quot;adsCancelTimeout&quot;:" 25000,"adsenabled":="" true}}}"="" id="adriver_video_html5_api" preload="auto" src="https://www.day.az/ads/video/SHORT3.mp4">        

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Mübariz Haşımov

Dördüncü hakim: İnqilab Məmmədov

"Dalğa Arena"

AZƏRBAYCAN: 22. Nicat Mehbalıyev, 3. Anton Krivotsyuk (k), 13. Murad Qayalı, 2.Seydiyev Amin, 18. Ricat Qarayev, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 15. Əli Sadıxov, 8. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 1. Hüseynəli Quliyev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü, 27. Ərziman Rizvanov, 24. Zahid Mərdanov, 5. İbrahim Hüseynov, 26. Faiq Hacıyev, 25. Təbriz Xubanov, 11. Süleyman Əhmədov

Baş məşqçi: Rəşad Sadıqov

MAKEDONİYA: 1. Riste Yankov, 20. Aqron Rufati, 18. Vane Yovanov, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 8. Yani Atanasov, 17. Daniel Milovanovik, 10. Davor Zdravkovski (k), 21. Kristian Trayçeski, 14. Darko Çurlinov, 7. Milan Ristovski

Ehtiyat oyunçular: 12. Xristian Stevkovski, 22. Tomas Bojinovski, 4. Mile Todorov, 2. Todor Todorovski, 6. Stefan Boqdanovski, 16. Marko Ferukoski, 15. Oliver Stoymenovski, 13. Filip Antovski, 11. Omar İmeri, 9. Kristian Trapanovski

Baş məşqçi: Zvonko Zlatanovski

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...