Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məmmədyarov superturnirə heç-heçə ilə başladı

Stavanqerdə "Altibox Norveç Chess" superturnirinə start verilib.

Mynews.az-ın Apasport.az-a istinadən məlumatına görə, yarışın ilk turunda Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla qarşılaşıb.

"Ağlar"la oynayan həmyerlimiz fransalı qrossmeysterlə heç-heçə oynayıb. Turun maraqlı görüşü isə şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək Maqnus Karlsenlə Fabiano Karuananın dueli olub. Norveçli rəqibini mat edib.

Məmmədyarov II turda Karuana ilə qarşılaşacaq.

I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (ABŞ) - 1:0
Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin) - 0,5:0,5
Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...