Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qələbəmi Azərbaycana həsr edirəm" - Zabit Səmədov

"King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanan K-1 döyüşçüsü Zabit Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib.

Mynews.az report-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı bunu Rusiyanın paytaxtı Moskvada kikboksinq üzrə "JARA Fight Show" turnirində fransalı Freddi Kemayo üzərində qələbəsindən sonra çıxışı zamanı deyib.

Səhnəyə Azərbaycan bayrağı ilə çıxan K-1 döyüşçüsü əvvəlcə çətin döyüşünə görə azarkeşlərdən üzr istəyib:

"Məni dəstəkləməyə gəldiyiniz üçün təşəkkür edirəm, bunu hiss edirdim. Bu cür ağır döyüşə görə üzr istəyirəm. Əslində, mənim üçün çox çətin döyüş oldu. Çünki sizin qarşınızda böyük məsuliyyət hiss edirəm. Doğmalarıma, dostlarıma, qardaşlarıma - hər kəsə "çox sağ ol" söyləyirəm. Düzü, gecəni yata bilməmişəm. Səhər saat 8:00-da yatdım, 11:00-da oyandım. Bu da döyüşümə təsir etdi. Ancaq qələbə - qələbədir. Qalibləri mühakimə etmirlər".

Daha sonra Səmədov ona dəstək olanlara minnətdarlığını bildirib:

"Stiven Siqala, "JARA Fight Show" promouter şirkətinin prezidenti və gecənin təşkilatçısı Emin Ağalarova təşəkkür edirəm. Təşkilatçılığa, etdiklərinə görə minnətdaram. Kişi dostluğu qaya kimidir. "Axmat" klubuna, böyük və əziz qardaşım Ramazan Kadırova da təşəkkür edirəm. Yəqin ki, döyüşə baxıb və çox həyəcan keçirir. Ona salam göndərirəm. Səni çox sevirəm, qardaş! Etdiklərinə görə çox sağ ol. "Axmat" - gücdür! Hər kəsə, bütün azərbaycanlılara minnətadaram. Bu qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etmək istərdim. Yaşasın Azərbaycan! Qoy, ölkəmiz İlham Əliyevin rəhbərliyi altında çiçəklənsin. Biz onu dəstəkləyir və hörmət edirik. İnanır və bilirik ki, doğru yolla addımlayırıq. İlhamla irəli!"

Qeyd edək ki, bu, Zabit Səmədovun 99-cu qələbəsi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...