Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhriyar Məmmədyarov Levon Aronyana qarşı

Stavanqerdə "Altibox Norway Chess" superturniri davam edir.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, yarış iştirakçıları 1 günlük istirahətin ardından IV turun matçlarını keçirəcəklər.

Bu tur çərçivəsində Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla qarşılaşacaq. İlk 3 turu heç-heçə edən qrossmeysterimiz rəqibinə qarşı qara fiqurlarla mübarizə aparacaq.

"Altibox Norway Chess" superturniri - IV tur

Dinq Liren (Çin) - Fabiano Karuana (ABŞ)

Sergey Karyakin (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa)
Levon Aronyan (Ermənistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) - Uesli So (ABŞ)

Turnir cədvəli: Karlsen - 2,5 xal; Nakamura, Karyakin, Məmmədyarov, Liren, Vaşye-Laqrav, Anand, So - hamısı 1,5; Aronyan, Karuana - 1.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...