Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şikar Bədəlov “Qəhrəmanlıq döyüşü”nə çıxacaq

İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle” (Qəhrəmanlıq döyüşü) keçiriləcək. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, iyirmi ölkə idmançısının mübarizə aparacağı döyüşdə Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı, bir sıra yarışların qalibi Şikar Bədəlov təmsil edəcək. 

Qeyd edək ki, Şikar Bədəlov XXI “Heroic battle” döyüşünün qalibi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...