Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” Pedroya görə PAOK-a nə qədər pul verib?

Pedro Enrikenin 6 aylıq icarəsi üçün "Qarabağ"ın PAOK-a ödədiyi məbləğ açıqlanıb.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Saloniki klubunda əsas heyətə düşə bilməyən braziliyalı yarımmüdafiəçi ötən mövsümün əvvəlində oyun praktikası toplamaq üçün Azərbaycana göndərilmişdi. Onun ölkəmizə gəlməsində Aleksandr Paşalakis vasitəçilik edib.

Azərbaycan çempionu bu keçid müqabilində qarşı tərəfə 166 min avro ödəyib. Lakin PAOK 28 yaşlı futbolçunun birdəfəlik transferi müqabilində "Qarabağ"dan 5 milyon avro tələb etdiyindən, ağdamlılar ondan imtina ediblər.

Pedronun "Qarabağ"ın heyətində Çempionlar Liqasındakı yüksək səviyyəli oyunu PAOK-un prezidenti İvan Savvidisin ürəyincə olub. Bu səbəbdən rəhbərlik onu komandada saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Pedro Enrike "Qarabağ"ın heyətində Topaz Premyer Liqasında 19 oyun keçirib, 3 qolla yadda qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...