Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fələstinlilər Messiyə hədə-qorxu gəldi, İsrail - Argentina oyununu ləvğ edildi

Argentina milli komandasının İsrail yığması ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib.

Mynews.az Futbolmedia.az-a istinadən məlumatına görə, yığmanın kapitanı Lionel Messi ölüm təhdidləri aldığı üçün bu qərar verilib. Bununla bağlı İsrailin Argentinadakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racub müsəlman azarkeşləri, İsraillə oyunda meydana çıxacağı halda, Lionel Messinin fotoları və futbolkalarını yandırmağa çağırıb.

Bütün bu etirazları və təhlükəsizlik amilini nəzərə alaraq, Argentina İsrailə getməkdən imtina edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...