Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan dünya çempionatının bayrağını Belçikaya təhvil verəcək

2019-cu ildə velosiped idmanının BMX növü üzrə növbəti dünya çempionatı Belçikada təşkil olunacaq.

Mynews.az xəbər verir ki, mundial Hoysden-Solder qəsəbəsində keçiriləcək.

Bu münasibətlə Bakıda keçirilən dünya çempionatı çərçivəsində iyunun 9-da mundialın bayrağı Belçikaya təqdim olunacaq.

Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi dünya çempionatına 43 ölkədən 1500-dək velosipedçi qatılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...