Ronaldu “Real”la bağlı yekun qərara gəlib
Ronaldu “Real”la bağlı yekun qərara gəlib.
“Real” klubunun hücumçusu Kriştianu Ronaldo yaxın gələcəkdə komandanı tərk etməyə hazırlaşır, futbolçu bununla bağlı yekun qərara gəlib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Record” məlumat yayıb.
Futbolçu klubun prezidenti Florentino Peres və baş direktoru Xose Anxel Sançesin ona olan münasibətindən narazıdır. Ronaldunun sözlərinə görə, onlar portuqaliyalı forvarda daha yaxşı şərtlərlə müqaviləni uzatmağı vəd etsələr də, bu baş verməyib.
Bir neçə gün əvvəl “kral” klubunun rəhbərliyi forvardın portuqal agenti Jorje Mendeşə bildirib ki, Ronaldunun istəklərini yerinə yetirə bilməyəcək.
Ronaldunun “Realı” tərk edəcəyi ilə bağlı şayələr Çempionlar Liqasının finalından sonra yayılıb.
Xatırladaq ki, mayın 26-da “Real”ın heyətin meydana çıxan Ronaldu Çempionlar Liqasının beşinci dəfə qalibi olaraq, turnirin rekordçusuna çevrilib. “Liverpul”a qarşı keçən və 3:1 hesabı ilə nəticələnən matçda Ronaldu fərqlənə bilməyib.
Ronaldu 2009-cu ildən bəri “Real”ın şərəfini qoruyur.
Loading...
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 990 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 954 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 944 dəfə oxunub
loading...