Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda havaya görə təxirə salınmış yarışlar barədə qərar verildi

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında dünən saat 20:40-a nəzərdə tutulmuş yarışlar əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Mynews.az-ın xəbərinə görə, Elit və Gənclər kateqoriyasında keçirilməli olan həmin yarışların bu gün baş tutmasına qərar verilib.

Belə ki, yeni yarış cədvəlinə əsasən, bu gün saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək.

20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...