Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Braziliyalı futbolçu "Beşiktaş"ın prezidentini qəzəbləndirdi

"Beşiktaş"ın Cenk Tosunun boşluğunu doldurmaq üçün transfer olunan Vaqner Lav klubu çətin vəziyyətə qoyub.

Mynews.az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı forvard ötən mövsümdən qalan 700 min avro borc üçün FİFA-ya şikayət edib. Lavın "qara qartallar"la hələ 2 illik müqaviləsi var. Futbolçunun bu hərəkəti Beşiktaş prezidenti Fikret Ormanın hiddətinə səbəb olub. "Habertürk"ün yazdığına görə məsələdən xəbər tutan Orman : "Biz onu bütün təzyiqlərə rəğmən dəstəklədik. Bizə nə fayda verdi ki, şikayət də edir? Zaman-zaman məvaciblərdə yubanma olur, amma ödəmələr edilir. Bundan sonra klubda qala bilməz. Lazım gəlsə, borc müqabilində pulsuz göndərərik", - deyib.

Qeyd edək ki, məvacibinin gecikdirilməsindən narazı qalan digər legioner Qari Medel olub. O, vəkili vasitəsilə rəhbərlikdən ödəniş etməyi istəyib. Vəziyyətin gərginləşməməsi üçün çilili futbolçunun tələbi yerinə gətirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...