Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Neftçi” ilk transferini reallaşdırdı

“Neftçi” klubu 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Mynews.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tural Axundov bir illik müqaviləyə imza atıb.

29 yaşlı cinah müdafiəçisi 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Tural Axundov karyerası ərzində “Muğan” (39 oyun, 3 qol), “Rəvan” (54 oyun), “Simurq” (63 oyun) və “Kəpəz”in (62 oyun, 11 qol) formasını geyinib.

Ötən mövsüm “Sumqayıt”ın heyətində çıxış edən Axundov 32 görüşdə dörd qol vurub.

Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya dəvət alan təcrübəli oyunçu Belarus və Makedoniya ilə yoxlama görüşlərində forma geyinib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...