Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Professor” “Neftçi”də

“Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyinatı olub. 

Mynews.az xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə “Neftçi”də çıxış etmiş Qurbanov “Kəpəz”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klublarında da oynayıb.

“Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, dörd dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, bir qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra “Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, “Neftçi” bu gün əsas komanda üçün “Sumqayıt”dan Rəşad Eyyubovu da sıralarına qatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...