Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qələbəyə həsrət Məmmədyarov bu dəfə Karyakinə də uduzdu

Belçikanın Lyoven şəhərində "Grand Chess Tour" seriyasının I mərhələsi davam edir.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü zəka sahiblərinin qatıldıqları yarışda blits növünə start verilib.

Turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov ilk 9 turda qələbəyə həsrət qalıb. Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və Fabiano Karuana (ABŞ) ilə heç-heçə edən qrossmeysterimiz Levon Aronyan (Ermənistan), Aniş Qiri (Hollandiya), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Sergey Karyakinə (Rusiya) məğlub olub.

Nəticədə xal ehtiyatını 12-yə çatdıran həmyerlimiz turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Bu növdə II dövrənin qarşılaşmaları bu gün olacaq.

Qeyd edək ki, Məmmədyarov 12 xaldan 8-ni rapid növündə toplayıb və bu mübarizədə 6-cı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...