Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çimərlik futbolu üzrə Avropa Liqası Bakıda

Bu il iyunun 22-24-dək Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turniri keçiriləcək.

Turnir zamanı iki qrup olmaqla, ümumilikdə səkkiz komanda mübarizə aparacaq.

Azərbaycan millisi Portuqaliya, Belarus və Fransa yığmaları ilə qarşılaşacaq. İsveçrə, İtaliya,  Ukrayna və Almaniya milliləri isə II qrupda mübarizə aparacaq.

Oyunlar qeyd edilən tarixlərdə hər gün saat 14:45, 16:00, 17:15,18:30-da Su İdmanı Sarayında keçiriləcək.

Hər kəs oyunları izləyə və millimizə dəstək ola bilər. 

Giriş pulsuzdur!

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...