Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erməni futbolçu Azərbaycanda oynaya bilər

Lüksemburqun “Proqres” klubunun tərkibində Azərbaycana erməni futbolçu gələ bilər.

Mynews.az xəbər verir ki, söhbət Gürcüstanın paytaxtı Tbilisidə doğulmuş Aleksandr Karapetyandan gedir.

O, Avropa Liqasında “Qəbələ”yə qarşı oynaya bilər.

“Proqres”in 87 nömrəli futbolçusu nə Ermənistan, nə də Gürcüstan klublarında çıxış edib. Karapetyan daha çox Almaniyanın aşağı dəstə klublarında və Lüksemburqda karyera qurub.

Onun 2014-cü ildə Ermənistan millisinin formasında iki oyuna çıxdığını da qeyd etməliyik. Deməli, bu futbolçunun Ermənistan vətəndaşlığı da var.

Aleksandr Karapetyan ötən mövsüm “Proqres”in heyətində 23 oyun keçirib və 29 qola imza atıb. Komandasının əsas qol ümidi olduğunu nəzərə alsaq, Karapetyanın Bakıya gələcəyi real görünür.

Qeyd edək ki, bu artıq “Qəbələ” ilə bağlı yaranmış ikinci belə bir hadisədir. 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşmalı olan Dortmund “Borusiya”sı hazırda İngiltərənin “Arsenal” klubunda top qovan Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanı Bakıya gələ bilərdi. Lakin Almaniya klubu onu siyasi səbəblərə görə Bakıya gətirməmiş və futbolçunun zədəsi olduğunu bildirmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...