Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FIFA Almaniya millisindən iki nəfərə intizam işi açdı

FIFA DÇ-2018-in qrup mərhələsinin II turunda İsveçlə oyundan sonra baş verən insidentə görə Almaniya millisinin iki nümyəndəsinə qarşı intizam işi açıb.

Mynews.az xəbər verir ki, bunlar yığmanın meneceri Qeorq Behlau və mətbuat katibi Ulrix Foiqtdir.

Adıçəkilən şəxslər Almaniya millisinin son dəqiqədə vurduğu qələbə qolundan sonra İsveçin ehtiyat oyunçular skamyasına tərəf qaçaraq qarşı tərəfə yumruq göstərib, əl çalıb və digər qıcıqlandırıcı hərəkətlər edib. Nəticədə, tərəflər arasında toqquşma baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...