Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çempionlar Liqasında ilkin mərhələnin qalibi müəyyənləşdi

Çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub.

Mynews.az apasport.az-a istinadən xəbər verir ki, Cəbəllütariqin "Viktoriya" stadionunda təşkil olunan raundun final matçında yerli "Linkoln"la Kosovo çempionu "Drita" üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün əlavə yarımsaatı kosovoluların xeyrinə olub. Balkanlılar 3 qol vuraraq böyükhesablı qələbə qazanıb - 4:1.

Beləliklə, "Drita" I təsnifat mərhələsinə yüksəlib və burada İsveç "Malmö"sü ilə qarşılaşacaq. "Linkoln" isə Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolunda "Şkendiya" (Makedoniya) - TNS (Uels) cütünün məğlubu ilə qarşılaşacaq.

lkin mərhələ, final

29 iyun

"Linkoln" (Cəbəllütariq) - "Drita" (Kosovo) - 1:4

Korral, 61 - Leçi, 2, 105+3 (pen.), Şabani, 120, Neziray, 120+4

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...