Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FIFA referimiz Ermənistanın yer aldığı qrupda hakimlik edəcək

Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil ediləcək UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Mynews.az xəbər verir ki, FIFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar” (Bosniya və Herseqovina), “Yeqersborq” (Danimarka),  “Makkabi Nahalat Yitjak” (İsrail) və “Uotsel” (Şotlandiya) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən  sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...