Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimiz Belarusa uduzdu

Minskdə təlim-məşq toplantısında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

Mynews.az AFFA-nın saytına istinadən xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə uduzub.

Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...