Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

UEFA “Qəbələ”nin baş məşqçisi və futbolçusunu cəzalandırdı

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində mübarizəni dayandırmış “Qəbələ” klubu daha bir zərbəni UEFA-dan alıb. 

Mynews.az xəbər verir ki, “Proqres”lə Lüksemburqdakı cavab oyununda hakimin qəzəbinə tuş gələn qəbələlilər diskvalifikasiyaya məruz qalıb.

Qırmızı vərəqə alan futbolçu Təmkin Xəlilzadə və meydandan qovulan baş məşqçi Sənan Qurbanov növbəti illərdə ilk oyunlarda komandalarına kömək edə bilməyəcəklər.

Rəqib oyunçuya zərbə endirdiyinə görə meydandan qovulan Təmkin dörd oyunluq diskvalifikasiya olunub. Texniki zona qaydalarını pozmuş Sənan Qurbanov isə qitəmiqyaslı yarışlarda iki matçda komandanın “sükanı arxasında” olmayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...