Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

F-1 pilotu: Azərbaycanda 6-cı yer tutmaq ağlasığmazdır

“Formula-1”-də artıq sezonun yarısı geridə qalıb və 12 Qran-Pri keçirilib. Komandalar yay fasiləsinə getdiyi vaxtda “YouTube” komandası pilotlar arasında 2018-ci ildə onların ən yaxşı məqamları üzrə sorğu keçirib. 

Mynews.az  “Sports.ru”ya istinadla xəbər verir ki, “Zauber” komandasından olan Şarl Şekler və “Fors-Hindistan” komandasından olan Serxio PeresAzərbaycanda keçirilən Qran-Pridə iştirakı ilə bağlı fikirlərini bölüşüblər. 

Şarl Lekler:

“Düşünürəm ki, ən yaxşı nəticəm Bakıda qeydə alındı. Görünür, bir neçə çətin yarışdan sonra Azərbaycanda 6-cı yeri tutmaq ağlasığmazdır”.

Serxio Peres: 

“Əlbəttə, mənim Bakıdakı çıxışım... Bütün komanda üçün möhtəşəm nailiyyətdir. Bilirsiniz, bu, bizim üçün ağır sezon oldu. Ancaq əvvəlki kimi ilk onluqdayıq. Qarşıda bizi uzun və çox şey vəd edən sezon gözləyir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...