Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Draqun “Qarabağ”a vurduğu qolu xəstə qızına həsr etdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a qol vuran BATE-nin yarımmüdafiəçisi Stanislav Draqunbunu qızına həsr etdiyini bildirib.

Mynews.az xəbər verir ki, o, 36-cı dəqiqədə vurduğu qoldan danışarkən bunları bildirib: 

“Bu qolu həyat yoldaşıma və hazırda səhhətində müəyyən problemləri olan qızıma həsr edirəm. Ümidvaram ki, dəqiq zərbəm və BATE-nin qələbəsi onlara müsbət emosiyalar bəxş edəcək və qızımın sağalmasını sürətləndirəcək”.

Qeyd edək ki, oyundakı yeganə qol “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun səhv ötürməsindən sonra vurulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...