Millimiz son dəqiqələrdə məyus oldu
Minifutbol üzrə Avropa Çempionatının II turunda hazırkı dünya çempionu Çexiya yığması ilə qarşılaşan Azərbaycan milli komandası oyuna ciddi itki ilə çıxıb.
Mynews.az xəbər verir ki, komandamızın aparıcı üzvü İlkin Hacıyev ilk oyunda əzələsini dartdığı üçün çexlərlə oyunu buraxmaq məcburiyyətində qalıb.
Buna baxmayaraq, komandamız oyuna yaxşı başlayıb və hissənin yarısında kapitanımız Seymur Məmmədov rəqibin kobud səhvini bağışlamayıb. Qeyd edək ki, Məmmədov fərqlənməklə Azərbaycan millisinin mötəbər turnirlərdə vurulan ilk qolunun müəllifi kimi adını minifutbol tariximizə yazdırıb.
Macarlarla oyunda olduğu kimi, bu dəfə də hakimlər briqadası kobud səhvlə yadda qalıb. Belə ki, ilk hissədə Çexiya komandasının oyunçusu cərimə meydançasında topa əllə toxunsa da, hakim oyunu davam etdirib.
İkinci yarıda da ilk hissədə olduğu kimi topa nəzarət daha çox şərqi avropalılarda olub. Bu məqamda Ramil Həsən-Zadənin də inamlı oyununu vurğulamaq yerinə düşər. Qapıçımız oyun ərzində bir neçə yüz faizli zərbənin qarşısın məharətlə almağı bacarıb.
Lakin oyunun sonlarında daha təcrübəli olan Çexiya millisi istəyinə çatıb. Əsas vaxtın bitməsinə iki dəqiqə qalmış ani diqqətsizlik komandamıza baha başa gəlib. Qoldan ruhlanan rəqib oyuna artırılmış birinci dəqiqədə qələbə qolunu vuraraq minifutbol yığmamızı Avropa çempionatlarında ilk xalını qazanmaq imkanından məhrum edib.
Komandamızın növbəti oyunu avqustun 15-i Bakı vaxtı ilə saat 17:00-da Türkiyə milli komandasına qarşı olacaq.
Çexiya 2:1 Azərbaycan.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 580 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 567 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 563 dəfə oxunub