Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Şah” Sent-Luisdə liderlik edir

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blitsdə birinci turdan sonra ABŞ-ın Sent-Luis şəhərində keçirilən Qran-Turun üçüncü mərhələsində turnir cədvəlinə başçılıq edir.

Mynews.az TASS-a istinadən xəbər verir ki, doqquz turdan sonra Məmmədyarov 17 xal toplayıb.

Amerikalı Hikaru Nakamurada da xal sayı eynidir.

Onlardan sonra digər amerikalı Fabiano Karuana (15,5), fransız Maksim Vaşye-Laqrav (15) və erməni Levon Aronyan (14) qərarlaşıblar.

Qran-turun ABŞ mərhələsinin mükafat fondu 150 min dollar təşkil edir. Blits üzrə yarışların ikinci dairəsi çərşənbə günü, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...