Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elxan Əsədov DMF-nin İcraiyyə Komitəsinin üzvü seçilib

Dünya Minifutbol Federasiyasının (DMF) Baş Assambleyasının bu gün növbəti iclası keçirilib.

Mynews.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan tədbirdə bir sıra qərarlar qəbul olunub, təşkilati məsələlərə baxılıb.

Namizədliyi seçicilər tərəfindən yüksək dəyərləndirilən Azərbaycan Minifutbol Federasiyasının sədri Elxan Əsədov səs çoxluğu ilə beynəlxalq federasiyanın İcraiyyə Komitəsinə üzv seçilib. 

Qeyd edək ki, ölkəmizin futbol tarixində ilk dəfə olaraq belə bir yüksək posta seçilən həmyerlimiz beynəlxalq futbol oyunlarının təşkilində böyük təcrübəyə malikdır. Hətta bundan əvvəl DMF-nin İcraiyyə Komitəsinin qərarı ilə qurumun Yarışların Təşkili Komitəsinin sədri vəzifəsinə təyin olunub. 

Elxan Əsədov əməkdaşımızla söhbətində beynəlxalq qurumun rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı “Azfar Group” şirkətinin ölkəmizdə bu sahədə həyata keçirdiyi uğurlu işlərin məntiqi nəticəsi hesab edib.

O bildirib ki, şirkət tərəfindən Azərbaycan Minifutbol Federasiyasının təsis olunması və qısa vaxt ərzində bir sıra uğurlu layihələrin həyata keçirilməsi ölkə ictimaiyyəti ilə yanaşı, beynəlxalq qurumların da böyük marağına səbəb olub.

Belə ki, müasir standartlara cavab verən otuza yaxın meydançanın qurulması, həvəskar futbolçularla sıx əməkdaşlığın yaradılması, ALFA çempionatın yüksək səviyyədə təşkili, minifutbolun təbliğinin genişləndirilməsi və ictimaiyyətin bu idman növünə marağının artırılması ölkəmizin beynəlxalq minifutbol ailəsinə də inteqrasiyasına geniş zəmin yaradıb.

Bu səbəbdən respublikamızda səfərdə olan beynəlxalq təşkilatın rəhbəri görülən işlərdən məmnun qaldıqlarını bildirib. Məhz buna görə də Azərbaycan Minifutbol Federasiyası DMF-də böyük reytinq qazanıb. 

Qurumun İcraiyyə Komitəsinin üzvlüyünə keçirilən seçki bunu bir daha əyani surətdə təsdiqləyib.

Qeyd edək ki, DMF-nin İcraiyyə Komitəsinin üzvlüyünə Elxan Əsədovla yanaşı, ABŞ-dan Kevin Miliken və Bolqarıstandan Borislav Aleksandrov da seçilib.

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...