Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məmmədyarov ABŞ-da Aronyanla görüşəcək

ABŞ-ın Seynt Luis şəhərində şahmat üzrə Sinkfild Kuboku (Sinquefield Cup) superturnirinin III turu keçirilib.

Mynews.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə heç-heçə edib.

İlk üç turdan sonra Şəhriyar iki xal toplayıb və Ermənistan şahmatçısıLevon Aronyan, rusiyalı Aleksandr Qrişuk və norveçli Maqnus Karlsenlə birgə liderlər cərgəsindədir.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov IV turda yenə ağ fiqurlarla oynayacaq. Onun budəfəki rəqibi Levon Aronyan olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...