Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şerif" "Qarabağ"la oyunda rekorda imza atıb

Moldovanın “Şerif” komandası Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdiyi ilk oyunda rekorda imza atıb.

Mynews.az xəbər verir ki, Tiraspol təmsilçisi avrokuboklarda ardıcıl 5 oyun qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə yalnız “Şerif”in deyil, Moldova klublarının avrokuboklarda ən yaxşı göstəricisidir.

Bu görüşlərdə komandanın qapısını Zvonimir Mikuliç və Sergey Paşenko qoruyub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...