Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Karate millilərimiz İsveçrə və Almaniyadakı yarışlara hazırlaşır - FOTO

Karate millilərimiz növbəti ciddi sınağına hazırlaşır. Kişi millimizi bu ay İsveçrənin Bazel şəhərində IX Açıq Turnir və Almaniyanın paytaxtı Berlində Premyer Liqa gözləyir. Qadın millimiz isə Tokio Olimpiadasına vəsiqə qazandıran reytinq xalları üçün Berlindəki Premyer Liqada mübarizə aparacaq. 

Mynews.az xəbər verir ki, kişi və qadın millilərimiz həmin yarışlara Bakıda hazırlaşır.

Bu məqsədlə “ASK Arena”nın məşq zalında (köhnə “Şəfa” və “İnter Arena” – S.M.) keçirilən hazırlıq prosesini izlədik. Qadın millilərimiz məşq zalının üçüncü mərtəbəsində kişi gənclər yığmamızın üç üzvü ilə birgə hazırlıq keçir.

Baş məşqçi Anar Allahverdiyevin sözlərinə görə, buna səbəb həm qadın yığma üzvlərinin sayının azlığı, həm də oğlanların daha sürətli olmasıdır. Qadınların oğlanlarla birgə hazırlıq keçməsi buna hesablanıb.

Allahverdiyevin sözlərinə görə, sentyabrın 14-16-sı tarixlərində keçiriləcək yarışa millimizin dörd üzvü gedəcək. Bunlar Nuranə Əliyeva (50 kq),İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyevadır (+68 kq).  

Məşq zalının ikinci mərtəbəsində isə kumite üzrə kişi millimiz məşq keçir. Bu millimiz sentyabrın 1-2-də Bazeldəki turnirə qatılacaq. Komanda tam heyətlə məşq edir. Daha sonra komanda İsveçrədə məşq keçərək Berlinə yola düşəcək.

Baş məşqçi Şahin Xudaverdiyevdən aldığımız məlumata görə, Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi 67 kq),Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov vəAsiman Qurbanlı (hər ikisi +84 kq) Bazel və Berlindəki yarışlarda ölkəmizi təmsil edəcək.

Həmçinin Premyer Liqa yarışına Turqut Həsənov, Pənah Abdullayev(hər ikisi 84 kq), eləcə də, Əli Cəfərovun (+84) qatılması gözlənilir. Bu üç idmançı Almaniyaya federasiya yox, öz hesabına gedəcək.

Kata millimiz isə yalnız Berlində təmsil olunacaq. Yenə bu növdə Azərbaycan adından Roman Heydərov çıxış edəcək. (Oxu.az)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...