Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə gəlib

ABŞ-ın Seynt Luis şəhərində keçirilən Sinkfild kuboku turnirinin səkkizinci turunun görüşləri keçirilib.

Mynews.az-ın xəbərinə görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu turda norveçli Maqnus Karlsenlə heç-heçə oynayıb.

Ümumiyyətlə, bu tur çərçivəsində keçirilən bütün görüşlərdə xallar yarı bölünüb.

Səkkiz turdan sonra Fabiano Karuana beş xalla turnir cədvəlinə başçılıq edir. Ş.Məmmədyarov, A.Qrişuk, L.Aronyan və M.Karlsen 4,5 xalla 2-5 yerləri bölüşdürürlər.

Turnirin qalibi mükafat olaraq 75 min ABŞ dolları alacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...