"Vüqarımın adını yaşatmaq üçün 1 sot torpaq istədim, vermədilər" - Mərhum şahmatçının anası
Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.
Mynews.az xəbər verir ki, Həşimova müraciətində bunları deyib:
"Mənim gücüm sonsuz deyil” deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi? Vüqar dünya şahmat reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını şərəflə yüksəldəndə Azərbaycan xalqı harada idi? Öz gücü və bacarığı ilə, halal zəhməti və əziyyəti ilə həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq, "Mən Azərbaycanlıyam” deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harada idi? Haqsız şər və böhtanlar, haqsız iftiralarla "Vüqar ulduz xəstəliyinə” tutulub deyən şərəfsizlərə niyə səsinizi qaldırmadınız? Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar tək başına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər, öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiniz? 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 il də ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər öz cəzalarını alacaqlarmı? O dünyada yox – bu dünyada”.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 916 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 599 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 590 dəfə oxunub