Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Şerif”in futbolçusunun Bakıda qolu sındı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olan Moldova təmsilçisi “Şerif”in futbolçusu Aleksandr Boyçukun dirsək nahiyəsindən qolu sınıb.

Mynews.az xəbər verir ki, rəqib futbolçu matçın 22-ci dəqiqəsində Ağdam klubunun müdafiəçisi Donald Qerye ilə top uğrunda mübarizə nəticəsində ciddi zədə alıb.

O, hava topuna qalxdıqları vaxt Qeryeni dirsəyi ilə vurub və yerə düşərkən, elə həmin qolu dirsəkdən qırılıb. Oyunu davam etdirə bilməyən Boyçuk yerini Əl-Hacı Kamaraya verib. Makedoniyalı baş hakim Aleksandar Stavrev isə moldovalı futbolçuya Qeryeyə etdiyi hərəkətə görə sarı vərəqə göstərib.

Qeyd edək ki, səfərdəki ilk oyunda 0:1 hesabı ilə uduzan “Qarabağ” cavab görüşündə 3:0 hesabıyla qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...