Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ın futbolçusu azarkeşləri xəyanətdə ittiham etdi

Oyundan öncə “Şerif”lə matça xüsusi köklənmişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacağam, özü də çox pis şəkildə.

Mynews.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

Qarayev oyuna motivasiyalı çıxmasının səbəbini açıqlayıb:

“Oyundan öncə oxudum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar.

Uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır. Çətin günlərdə dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet tapılmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi”.

Qarayev sözlərinə bu cür davam edib:

“Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeş deyil. Ancaq uğur qazananda dəstək olmaq lazım deyil”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...