Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Millimizin futbolçusu Almaniyada 24 metrdən qol vurdu - VİDEO

Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub.

Mynews.az xəbər verir ki, sentyabrın 7-də Kosovo, 10-da Malta ilə oyunlara çağırılmış Nəzərov Millətlər Liqası matçları öncəsi klubunda cari mövsüm qol hesabını açıb.

Belə ki, o, çıxış etdiyi “Ertsqebirqe” klubu ilə IV turda səfərdə “İnqolştadt”a qarşı oynayıb. Aue təmsilçisi 79-cu dəqiqəyədək hesabda geridə olduğundan meydana Nəzərov buraxılıb. O, həmin dəqiqə Zören Bertramı əvəzləyib və 90-cı dəqiqədə 24 metrdən gözəl qola imza atıb. Bununla belə, onun komandasının bundan artığına gücü çatmayıb və 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, hazırda “Ertsqebirqe” bir xalla XVI sırada qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...