Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Federasiya məşqçisini Avropaya aparmadı

Xəbər verdiyimiz kimi, Azərbaycanın kişi və qadın karate milliləri sentyabrın 1-2-də İsveçrənin Bazel şəhərində keçirilmiş IX Masters Open turnirində iştirak ediblər.

Mynews.az xəbər verir ki, Mərkəzi Avropa dövlətinə qadın millimiz dörd idmançı ilə yola düşüb.

Lakin komanda oraya baş məşqçisiz gedib.

Belə ki, əldə etdiyimiz məlumata görə, yığmanın baş məşqçisi Anar Allahverdiyevə bu tarixə Şengen vizası alınmayıb.

Ümumiyyətlə, federasiya bu məşqçiyə viza alınmasını məsləhət bilməyib. Qadın yığmasını isə İsveçrədə kişi millimizin baş məşqçisi Şahin Xudaverdiyev podium üzərinə çıxarıb.

Cahangir Bayramov adlı şəxsin şəkli.

Image result for anar allahverdiyev karate

Qeyd edək ki, Anar Allahverdiyev həmçinin yeniyetmə yığmamızın baş məşqçisi və beynəlxalq dərəcəli hakimdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...