Nazir: "Azərbaycan Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib"
Azərbaycan hökuməti Bakıda keçiriləcək dünya çempionatında Ermənistan cüdoçularının təhlükəsizliyinə təminat verib.
Mynews.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O, bildirib ki, yarış ərəfəsində əvvəlki turnirlərdə olduğu kimi, Ermənistan yığması Azərbaycan dövləti tərəfindən təhlükəsizliklə bağlı təminat alıb: “Bu dəfə bütün təminatlar verilib. Dövlət adından təhlükəsizliklə bağlı tam təminat və viza dəstəyi ilə bağlı müqaviq sənəd təqdim olunub. Məktubun surəti Beynəlxalq Cüdo Federasiyasına (IJF) və Avropa Cüdo İttifaqına (EJU) göndərilib. Biz bütün öhdəlikləri yerinə yetirmişik. İndi bu cür vəziyyətin yaranmasının səbəbi tamamilə anlaşılmazdır”.
Nazir deyib ki, Ermənistan nümayəndə heyəti ilk dəfə 2007-ci ildə güləş üzrə dünya çempionatı üçün Bakıya gəlib: “Həmin vaxt Beynəlxalq Olimpiya Komitəsinin iştirakı ilə qonaqlarımıza təhlükəsizliklə bağlı təminat verən razılaşma imzalanmışdı. Daha sonra mən cüdo üzrə gənclər arasında Avropa çempionatı ərəfəsində Yerevana getdim. Həmin vaxt da cüdoçularımızın oradakı yarışda iştiraklarına imkan verən müvafiq sənəd imzaladıq”.
A.Rəhimov daha sonra tərəflərin səfərlər və razılaşma imzalamaqdan ötrü vaxta qənaət etmələri məqsədi ilə dövlət tərəfindən Ermənistan tərəfinə təminat məktubunun göndərildiyini söyləyib: “Beləliklə, 23 erməni idmançı Bakıda I Avropa Oyunlarında iştirak etdilər. Onlar, eləcə də məşqçilər korpusu qayıdandan sonra hər şeydən razı qaldıqlarını yazmışdılar”.
Daha əvvəl Ermənistanın İdman Nazirliyi "Azərbaycan tərəfinin rəsmən lazımi təhlükəsizlik zəmanəti verməkdən imtina etdiyini" əsas gətirərək, dünya çempionatına qatılmayacaqları bildirib. EJU-nun prezidenti Sergey Soloveyçik TASS-am açıqlamasında problemin həllini tapması üçün şansın olduğunu bildirib. Lakin o, dünya çempionatının startına az bir zamanın qaldığını da vurğulayıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub