Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” azarkeşlərinə - ŞAD XƏBƏR

Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyələşib.

Mynews.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklər. 

Klubdan verilən məlumata görə, çoxsaylı istəklər nəzərə alınaraq, belə qərar verilib.

Qeyd edək ki, Avropa Liqasında E qrupunda yer alan “Qarabağ” İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk ev oyununu oktyabrın 4-də “Arsenal”a qarşı keçirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...