Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın Millətlər Liqasında ikinci sınağı

Bu gün, sentyabrın 10-da, futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

Mynews.az-ın xəbərinə görə, Qurban Qurbanovun yetirmələri səfərdə Malta komandasının qonağı olacaq.

Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, ilk turda Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosova millisi ilə qolsuz bərabərliyə qalıb. 

Malta isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.

İlk turdan sonra D liqasının 3-cü qrupuna üç xalla Farer adaları başçılıq edir. Hesabında bir xal olan Azərbaycan və Kosovo milliləri ikinci və üçüncü yerləri bölüşdürürlər. Malta komandası isə 0 xalla sonuncu pillədə qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...