Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışdı

Millimizin sabiq futbolçusu, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk dəfə alnındakı çapığın tarixçəsindən danışıb.

Mynews.az-ın məlumatına görə, o, Oxu.Az-a verdiyi müsahibəsində bu acı xatirənin uşaqlıq dövrü ilə bağlı olduğunu bildirib: 

“Alnımdakı izlə bağlı heç vaxt mənə sual verilməyib. Bu iz uşaqlıqdan qalma xatirədir. Onda 7-8 yaşım olardı. Qaçanda görmədim, alnım qapının qıfıl olan hissəsinə dəydi. Bir az sümük də yarılmışdı. Onda çox ağır bir travma keçirdim. Üç ay ərzində hər gün başımda tikişi dəyişib, açıb təmizləyirdilər. Çünki yara irin edirdi. Evdəkilər buna görə çox qorxmuşdu. Daim nəzarət altında idim ki, içəridə qanaxma olmasın”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...