Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güləşçilərimiz üçüncü oldular

Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında III yeri tutub. 

Mynews.az xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilərZəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Camaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq),Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş,Murtuzəli Müslümov (70 kq) isə bürünc medal qazanıb.

Millimiz bu nəticələrlə 126 xal toplayıb və III yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardan ibarət millimiz isə komanda hesabında IV pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş,Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib.

Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...