Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cüdo millimizin heyətində dəyişiklik edildi - ADLAR

Məlum olduğu kimi, bu həftə Bakıda cüdo üzrə XXXII dünya çempionatı start götürəcək.

Mynews.az xəbər verir ki, Azərbaycan bu dünya çempionatında ümumilikdə 18 idmançı ilə təmsil olunacaq.

Bu barədə saytımıza kişilərdən ibarət millimizin məşqçisi Nazim Hüseynov məlumat verib. O qeyd edib ki, son təlim-məşq toplanışında zədəsi səbəbindən zəif çıxış etdiyi üçün Tural Səfquliyev Kəramət Hüseynovla əvəzlənib. 80 kq çəki dərəcəsində isə limit səbəbindən idmançımız mübarizə aparmayacaq.

Beləliklə, kişilərdən ibarət millimizdə bu doqquz cüdoçu mübarizə aparacaq: Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq),Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq). 

Qadınlardan ibarət yığmanın altı cüdoçusu isə bunlardır: Aişə Qurbanlı(48 kq), Gültac Məmmədəliyeva, Purevsuren Buyanxişiq (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq) və İrina Kindzerskaya (+78 kq). 

Sonda onu da qeyd edək ki, Günel Həsənli, Aida Baxışova (hər ikisi 70 kq), Tural Səfquliyev (90 kq) və Şahin Qəhrəmanov (+100 kq) qarışıq komanda yarışlarında mübarizə aparacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...