Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ağırlıqqaldırma üzrə Dünya Kuboku keçirilə bilər

Altı il əvvəl Bakıda Qran Pri keçirilmişdi. Sizin yaxşı federasiyanız, yaxşı məşqçilər heyətiniz var. Müraciət etsəniz, Bakıda gələcəkdə Dünya Kuboku keçirilə bilər.

Mynews.az-ın xəbərinə görə, bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında deyib. 

“Azərbaycan bir illik cəza alan doqquz ölkə arasında idi. İlk sizin ölkə oldu ki, cəzası erkən başa çatdı. Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov mənimlə görüşdə yenidən bu yarışı təşkil etmək niyyətini ifadə edib. Gələn il Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün federasiya rəsmiləri ilə bir neçə görüşüm olacaq”.

Dopinqə düşmüş üç azərbaycanlı idmançılardan danışan T.Ayan bildirib ki, onlar barədə nə vaxt qərar veriləcəyi məlum deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...