Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cüdoçumuz DÇ-nin yarımfinalında

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulacaq.

Mynews.az xəbər verir ki, bu gün idmançılarımızdan ikisi mübarizəyə qoşulub.

+100 kq çəki dərəcəsində mübarizə aparan gürcüstanlı legionerimizUşanqi Kokauri 1/16 finalda belaruslu, 1/8 finalda ukraynalı və 1/4 finalda çexiyalı rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda özbəkistanlı Bəymurad Altıboyevlə qarşılaşacaq.

+78 kq-da çıxış edən ukraynalı cüdoçumuz İrina Kindzerskaya isə 1/16 finalda litvalı, 1/8 finalda puerto rikolu rəqiblərini məğlub etsə də, 1/4 finalda bosniyalı Larisa Çeriçə ipponla məğlub olub.

Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici döyüşlərdə iştirak edəcək. Bu mərhələdə Kindzerskayanın ilk rəqibi türkiyəli Kayra Sayıtolacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...