Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qurban Qurbanov dünya reytinqində səkkiz pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Mynews.az xəbər verir ki, siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 461-ci pillədə yer alıb.

Qurbanov ötən həftə ilə müqayisədə səkkiz pillə irəliləyib.

Tomas Tuxel, Karlo Ançelotti, Andrea Stramaççioni, Marselo Byelsa,Nunu Eşpiritu Santu, Alan Pardyu, Ərtuğrul Sağlam, Klod Makelele,Petit, Murat Yakın, Pol Lambert, Andre Villaş-Boaş kimi mütəxəssislər Qurban Qurbanovdan sonrakı pillələri tuturlar.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverdebaşçılıq edir. Onu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan izləyir. III pillədə  “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qərarlaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...