Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cüdo üzrə DÇ: Millimiz Avstriyanı məğlub etdi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə altı idmançıdan ibarət qarışıq komanda yarışlarına start verilib.

Mynews.az xəbər verir ki, səkkizinci yarış günündə mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisi Avstriya ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. 

Komandamızda Günel Həsənli (70 kq) istisna olmaqla, İçinxorlu Munxtsedev (57 kq), İrina Kindzerskaya (+70 kq), Tural Səfquliyev(90 kq) və Uşanqi Kokauri (+90 kq) avstriyalı rəqiblərindən üstün olub. Hesab 4:1 olduğundan, Hidayət Heydərovun (73 kq) tatamiyə çıxmasına ehtiyac olmayıb.

Qeyd edək ki, millimizin 1/4 finaldakı rəqibi Monqolustanı məğlub etmiş Yaponiya olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...