Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fazil Məmmədov istefa verdi

Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən ayrılıb. 

Mynews.az-a federasiyadan verilən xəbərə görə, F.Məmmədov səhhəti ilə əlaqədar olaraq may ayında istefa ərizəsi yazıb. Ancaq onun ərizəsi yaxın günlərdə qəbul edilib.

Prezident əvəzi isə I vitse-prezident vəzifəsində çalışan Namiq Əliyevdir.

Qeyd edək ki, sabiq vergilər naziri olan Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...