Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ” bir ay Premyer Liqada oynamayacaq

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı dəyişiklik edib. 

Mynews.az xəbər verir ki, bu dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.

Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixində Farer adaları ilə səfərdə, 14 oktyabr tarixində Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan millisi 6 oktyabrda təlim-məşq toplanışına start verəcək. Bütün bunları nəzərə alan AFFA PFL-dən VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib.

Milli komandamızın beynəlxalq oyunlarını və “Qarabağ”ın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:

 

VII turun 6 oktyabr tarixində keçirilməli olan “Zirə” – “Qəbələ” və “Keşlə” – “Qarabağ” matçları müvafiq olaraq oktyabrın 5-i və 31-nə keçirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...