Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün "Qəbələ" UEFA Gənclər Liqasında "Şerif"lə qarşılaşacaq

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında 2018-2019 mövsümündə ilk oyununu keçirəcək.

Mynews.az xəbər verir ki, I mərhələdən mübarizəyə başlayan "qırmızı-qaralar” Moldova "Şerif”ini sınağa çəkəcək.

Emin İmaməliyevin baş məşqçi olduğu komanda ilk görüşə Qəbələ şəhər stadionunda çıxacaq.

Ümumilikdə bu, Azərbaycan komandasının UEFA Gənclər Liqasında ikinci sınağıdır. "Qəbələ” 2016/2017 mövsümündə də Çempionlar Yolunda mübarizə aparıb. Həmin vaxt I mərhələdə Rusiyanın "Dinamo” (Moskva) komandası ilə qarşılaşan "qırmızı-qaralar bu səddi keçə bilməyib - 0:2, 0:5.

UEFA Gənclər Liqası

Çempionlar yolu

I mərhələ, ilk oyun

3 oktyabr

18:00. "Qəbələ” (Azərbaycan) – "Şerif” (Moldova)

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu

Cavab oyunu oktyabrın 24-də Tiraspolda keçiriləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...