“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq
Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək.
Mynews.az xəbər verir ki, “Qarabağ”ın İngiltərənin “Arsenal” komandası ilə oyununa maraq həddindən artıq böyükdür.
Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun saatınadək bütün biletlər satılacaq.
Artıq ən ucuz – 2, 5 və 10 manatlıq biletlər çoxdan satılıb. Bu gün isə 15 və 20 manatlıq biletlər də tükənib. Hazırkı məlumata görə, yalnız 50 manatlıq biletlər qalıb. Onların sayı 51-ə bərabərdir. “Arsenal” azarkeşləri üçün ayrılmış sektor və digər yerlərə isə təhlükəsizlik səbəbindən bilet satışı həyata keçirilmir.
Qeyd edək ki, “Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək
İdman
- “Qarabağ” - “Braqa” oyunu başladı - CANLI YAYIM
- Türkiyə - Ermənistan matçı bərabərliklə başa çatdı
- “Arsenal”ın qapıçısı: “Azərbaycana qələbə üçün gedirik”
- Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Azərbaycan Kuboku: Yarımfinal oyunlarını idarə edəcək hakimlər bəlli olub
- “Qarabağ” – “Qalatasaray” - 2 saata 25 min bilet satıldı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 992 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 968 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 957 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 956 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 953 dəfə oxunub