Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru sürüdü - VİDEO

Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqorvə rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş keçirilib.

Mynews.az-ın xəbərinə görə, T-Mobile arenasında keçirilən döyüş Nurməhəmmədovun qələbəsi ilə başa çatıb.

Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatıb.

Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Ancaq qalib kimi Həbib Nurməhəmmədov təqdim edilib.

Bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb.

Makqreqor isə peşəkar rinqdə 21 döyüş keçirib. Bu onun dördüncü məğlubiyyətidir.

Qeyd edək ki, Makqreqor bu döyüşdən üç milyon dollar, Nurməhəmmədov isə iki milyon dollar qonorar alacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...